Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Şəmkirdə su borusu sıradan çıxıb, qəsəbə susuz qalıb

20 fevral / 18:20 2 dəq
4e2ff155 d003 3895 8411 c6713de3b787
20 fevral / 18:20
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunun ən böyük yaşayış məntəqəsi olan Kür qəsəbəsində içməli və məişətdə istifadə olunan suyun verilməsində qismən çətinlik yaranıb.

Qərb Xəbər bildirir ki, bu barədə “Report”un Qərb bürosuna qəsəbə sakinləri məlumat verib.

Onlar qəsəbəni su ilə təmin edən əsas borunun sıradan çıxdığını bildirib və bu səbəbdən suyun verilməsində qismən çətinlik yarandığını, eləcə də maşınlarla hər evə sadəcə 20 litr içməli suyun verildiyini söyləyiblər.

Qeyd edilib ki, boru xətti 50-60 il öncə çəkilib: “Tez-tez sıradan çıxan boru təmir edilsə də, artıq onun istismar müddəti başa çatıb və borunun istifadəyə yararsız olduğu müşahidə olunur. Buna görə də borunun sıradan çıxan hissəsi təmir olunsa da, bir müddət sonra onun başqa bir hissəsində fəsadlar əmələ gəlir”.

Regional Su İdarəsinin rəhbəri Natiq Əhmədov “Report”un Qərb bürosuna bildirib ki, məsələdən xəbərdardırlar və əhalinin suya ola təlabatının ödənilməsi istiqamətində ilkin olaraq mümkün işlər aparılır:

“Bununla bağlı layihə hazırlanır, bu layihə çərçivəsində 1970-ci illərdə çəkilmiş əsas boru tamamilə yenilənəcək. Hazırda da borunun sıradan çıxmış hissəsində müvafiq işlər görərək sakinlərə suyun verilməsində əsaslı problemlərin yaranmamasına çalışılır”.

Qeyd edək ki, Kür qəsəbəsində 12 mindən çox əhali binalarda və fərdi evlərdə yaşayır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı