NATO İlham Əliyevlə Paşinyanın Münhendəki görüşünə münasibət bildirib
NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib.
“Qərb Xəbər” bildirir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb.
“Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, – deyə o, qeyd edib.
Bizim.Media



