Bölgə xəbərləri

Bayden: “Vurulan 3 obyektin hələ nə olduğunu bilmirik”

17 fevral / 10:36 1 dəq
Bayden1
17 fevral / 10:36
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Co Bayden 9 gün ərzində vurulan və biri Çinə aid hava şarı olduğu bldirilən uçan naməlum obyektlərin vurulmasından danışıb.

“Qərb Xəbər” bildirir ki, Bayden Çin hava şarından əlavə vurulan 3 obyektin hələ naməlum olduğunu deyib.

“Hər hansı bir obyekt ABŞ xalqı üçün təhlükə yaradarsa onu dərhal vurarıq. Ümid edirəm ki, bu məsələni tam aydınlaşdıracağıq. Çin hava şarını vurduğumuz üçün üz istəməyəcəm. Bu yeni soyuq müharibə mənasını vermir. Ümid edirəm ki, yaxın vaxtlarda Çin Sədri Si Cinpin ilə danışacam”, – deyə Bayden vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər