Bölgə xəbərləri

Türkiyədə zəlzələdə həlak olan tələbənin nəşi Gədəbəyə gətirilib

16 fevral / 11:04 1 dəq
1676448818 1676447620 photo 5431464240532800561 x
16 fevral / 11:04
Burada sizin reklamınız ola bilər

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevin cənazəsi Gədəbəy rayonuna gətirilib.

“Qərb Xəbər” in əldə etdiyi məlumatına görə, Samir Quliyevlə Gədəbəyin İnəkboğan kəndində, yaşadığı evdə vida mərasimi keçiriləcək.

Mərhum kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər