🇮🇷🇦🇿İran rəsmisi: “Azərbaycan səfirliyinə hücum dosyesi məxfidir”
İran İslam Respublikası Məhkəməsinin sözçüsü Məsud Sitayişi keçirdiyi mətbuat konfransında deyib: “Azərbaycan səfirliyinə hücumla bağlı dosye məxfi xarakter daşıyır”.
O, əlavə edib: “Bu iş ibtidai istintaq mərhələsindədir və konfidensial xarakter daşıyır. Məsələnin müxtəlif aspektləri və cəhətləri çox diqqətlə və peşəkarcasına araşdırılır və müvafiq qərarlar verildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.(Etemad Online)