Bölgə xəbərləri

Priqojinin təyyarəsi vuruldu

14 fevral / 15:24 1 dəq
Priqojin
14 fevral / 15:24
Burada sizin reklamınız ola bilər

Ukrayna hərbçiləri Baxmut üzərində “Vaqner” özəl hərbi şirkətinə məxsus Su-24 təyyarəsini vurub. Məhz bu təyyarə Yevgeni Priqojinin Ukrayna Prezidenti Vladimir Zelenskini hava duelinə çağırdığı təbliğat videosunun çəkilişi zamanı istifadə edilib.

“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, məlumat Priqojinin mətbuat xidməti tərəfindən təsdiqlənib.

“Bəli, həqiqətən də həmin təyyarə düşmənin hava hücumundan müdafiə sistemlərinin hücumuna məruz qalıb. Pilot möcüzə sayəsində yanan təyyarəni yerə endirə bilib. Hazırda təyyarə təmirdədir”, – məlumatda qeyd olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər