Hadisə

Niderland MN: Rusiyanın hərbi təyyarələri Polşanın hava məkanını pozub

14 fevral / 09:03 1 dəq
Indir 2023 02 14T090206.465
14 fevral / 09:03
Burada sizin reklamınız ola bilər

Fevralın 14-nə keçən gecə Hollandiyanın F-35 qırıcıları Polşanın hava məkanında üç Rusiya hərbi təyyarəsindən ibarət qrupun qarşısını alıb və onları müşayiət edib.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə “Reuters“ Niderlandın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, təyyarələr Kalininqraddan Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşarkən müşahidə edilib. Məlum olub ki, hava məkanına 2 ədəd Su-27 və 1 ədəd İl-20 təyyarəsi daxil olub.

Niderlandlı pilotlar aviadəstəni uzaqdan müşayiət edib və sonra müşayiəti NATO tərəfdaşlarına təhvil veriblər.

Paylaş
Burada sizin reklamınız ola bilər