Son Xəbərlər
Hadisə

FHN-in xilasediciləri 16 nəfəri dağıntılar altından sağ çıxarıb – VİDEO

8 fevral / 09:30 1 dəq
63e32562b719a63e32562b719b167583062663e32562b719663e32562b7198
8 fevral / 09:30
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

“Qərb Xəbər” xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Paylaş
Burada sizin reklamınız ola bilər