Şəmkirdə piyadanı maşın vurub
Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonda yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Ərəstun Həsənlini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı