Bölgə xəbərləri

“İranın təhlükəsizlik qüvvələri ciddi tədbir görməyib” – Prezident

1 fevral / 15:08 1 dəq
ılham
1 fevral / 15:08
Burada sizin reklamınız ola bilər

“Azərbaycanın İrandakı səfirliyinin mühafizə əməkdaşının qəhrəmanlığı nəticəsində terrorçu zərərsizləşdirilib və bununla da silahlı şəxsin səfirliyin başqa əməkdaşlarına və onların ailə üzvlərinə hücumun qarşısı alınıb”.

“Qərb Xəbər” bildirir ki, bu barədə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı hazırda Azərbaycan tərəfindən bu terror aktının hərtərəfli şəkildə araşdırıldığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev vurğulayıb ki, həmin şəxsin səfirliyimizin binasında törətdiyi terror hadisəsi prosesinin xeyli vaxt çəkməsinə baxmayaraq, İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən hər hansı ciddi tədbir görülməyib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər