Dünya

ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır

31 yanvar / 13:50 1 dəq
63d8e08b8d71063d8e08b8d711167515764363d8e08b8d70e63d8e08b8d70f
31 yanvar / 13:50
Burada sizin reklamınız ola bilər

“ABŞ Cənubi Koreyanı müdafiə etmək üçün nüvə silahından istifadə etməyə hazırdır”.

“Qərb Xəbər” “Deutsche Welle” televiziyasına istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyaya səfəri zamanı deyib. 

Bildirilib ki, Şimali Koreyanın nüvə potensialının artması fonunda Cənubi Koreyaya səfər edən Ostin koreyalı həmkarı Li Conq-Sapla görüşüb.

Rəsmi Seul Şimali Koreya tərəfindən potensial təhlükənin artması səbəbi ilə Vaşinqtondan zəmanət əldə edib.

Pentaqon rəhbəri öz növbəsində söz verib ki, ABŞ Cənubi Koreyanı qorumaq üçün bütün adi və nüvə çəkindirici vasitələrdən istifadə etmək mövqeyinə sadiqdir.

Paylaş
Burada sizin reklamınız ola bilər