Siyasət

Laçın-Xankəndi yolundakı aksiya 46 gündür davam edir – FOTO

26 yanvar / 08:52 1 dəq
63d1fed22313963d1fed22313a167470664263d1fed22313763d1fed223138
26 yanvar / 08:52
Burada sizin reklamınız ola bilər

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

“Qərb Xəbər”APA -ya istinadən xəbər verir ki, aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq, səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 46-cı günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşada havanın tempraturu -9 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər