Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Səməd Seyidov: Ermənistan beynəlxalq qurumları aldatmağa çalışır

23 yanvar / 19:59 2 dəq
Semed seyidov 160518
23 yanvar / 19:59
Burada sizin reklamınız ola bilər

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında çıxış edib.

“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, o çıxışında iki il əvvəl Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və ədaləti bərpa etdiyini bildirib.

“Biz iki il ərzində sülh üçün hər şeyi etmişik. Bu sülh danışıqlarını pozmaq üçün Ermənistan tərəfi hər zaman beynəlxalq qurumları aldatmağa çalışır, sözdə
“Laçın blokadası” ifadələrini işlədirlər. Bunu etmələrinin səbəbi isə onların öz gücünü itirdiklərinin fərqinə varmaqlarıdır”, – Səməd Seyidov diqqətə çatdırıb.

Səməd Seyidov qış sessiyasında iştirak edən parlamentarilərə ərazilərin işğaldan azad edilməsinə baxmayaraq, Ermənistan tərəfindən yerləşdirilən minalara görə insanların öz doğma torpaqlarına qayıda bilmədiklərini vurğulayıb.

Səməd Seyidov bildirib ki, Ermənistan azərbaycanlılarla bir araya gəlib regionun gələcəyini müzakirə edə bilmir.

“Bunun əvəzində Qarabağda yaşayanları təhrik edirlər. İndi isə Ruben Vardanyanı Qarabağa gətirirlər. Həmin şəxs bir çox qurum tərəfindən sanksiyalara məruz qalıb”, Səməd Seyidov əlavə edib.

Səməd Seyidov Ermənistana beynəlxalq təşkilatlara yalvarmaq yerinə Azərbaycanla birlikdə regionda davamlı sülh haqqında düşünməyə başlamağı məsləhət görüb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı