Bölgə xəbərləri

Ərdəbildə divarlara etiraz şüarları yazıldı

23 yanvar / 17:33 1 dəq
Rd bild divarlara etiraz arlar yaz ld 0
23 yanvar / 17:33
Burada sizin reklamınız ola bilər

Yanvarın 22-i gecə saatlarında milli-mədəni fəallar Ərdəbil şəhərinin divarlarına milli və etiraz məzmunlu şüarlar yazıblar.

Fəallar son vaxtlar bir sıra şəxslərin İranda molla rejiminə alternativ kimi şahçıların gündəmə gətirilmə cəhdlərini pisləyiblər.

“Azərbaycan kimsənin başına tac qoymayacaq”, “Azərbaycan kimsəyə vəkalət vermir”, “Azərbaycanın öz qəhrəmanları var” və başqa bu kimi şüarlar şəhərin bir neçə məhəlləsinin divarlarına yazılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər