Bölgə xəbərləri

Dünyaya ÇAĞIRIŞ: yeni pandemiyalara hazırlaşın

19 yanvar / 09:32 1 dəq
63c7d72a1235263c7d72a12353167404113063c7d72a1235063c7d72a12351
19 yanvar / 09:32
Burada sizin reklamınız ola bilər

“Gavi Alliance” və “Moderna” tibbi şirkətlərinin liderləri dünyanı yeni pandemiyalara hazırlaşmağa çağırıb.

“Qərb Xəbər” xəbər verir ki, onlar bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda bildiriblər.

Tədbirdə sahə nümayəndələri COVID-19-a qarşı peyvəndlərə tələbatın azalmasından şikayətləniblər.

“Gavi” şirkətinin baş direktoru, ABŞ tibbi epidemioloqu Set Franklin Berkli hamıya qarşı ciddi xəbərdarlıq edib:

“Bizim siyasətçilər başa düşməlidir ki, biz yeni variantları görməyə davam edirik. Düzdür, sağlamlığımıza zərər vuracaq qədər ağır xəstəlik yoxdur. Amma bunun baş verməyəcəyi istisna deyil”.

“Moderna” şirkətinin baş direktoru Stefan Bansel həmkarı ilə razılaşıb:

“Hamımız bilirik ki, yeni infeksiyalar yaranacaq, pandemiyalar olacaq və biz onlara hazır olmalıyıq”.

Paylaş
Burada sizin reklamınız ola bilər