İqtisadiyyat

Nazirlik: Saytlara haker hücumu olmayıb

24 iyun / 17:37 1 dəq
35fdbaf9 4cfe 4d40 b3ec ad5e7f757729
24 iyun / 17:37
Burada sizin reklamınız ola bilər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün bir neçə xəbər saytına girişdə problemlərin yaranmasına münasibət bildirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, həmin saytlara haker hücumu olmayıb.

“Problem serverlərin həddindən çox yüklənməsi ilə bağlıdır. Gün ərzində saytlara daxilolmalar gözləniləndən çoxdur. Qısa zaman ərzində problem yaşamış saytlar fəaliyyətini bərpa edə bilib”, – o qeyd edib.

Paylaş
Burada sizin reklamınız ola bilər