İqtisadiyyat

Pərviz Şahbazov: “Azərbaycanda elektrik enerjisinin istehsalı 4 % artıb”

16 yanvar / 10:16 1 dəq
Indir 2023 01 16T101611.604
16 yanvar / 10:16
Burada sizin reklamınız ola bilər

2022-ci ildə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 % artaraq 28 milyard 988,5 milyon kVt/s təşkil edib.

“Qərb Xəbər” xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında məlumat verib.

“Yanvar-dekabr aylarında istilik elektrik stansiyaları üzrə 2 milyard 7043,3 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 milyard 945,2 milyon kVt/s elektrik enerjisi istehsal edilib”, -deyə nazir əlavə edib.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisinin ixracı 3 milyard 003,8 milyon kVt/s, idxal isə 137,1 milyon kVt/s olub.

Paylaş
Burada sizin reklamınız ola bilər