Bölgə xəbərləri

Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

14 yanvar / 10:01 2 dəq
Eeee4337 ac04 387b b53b 45966909b62d
14 yanvar / 10:01
Burada sizin reklamınız ola bilər

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.

Monitorinq zamanı qanunsuz olaraq balıq ovu məşğul olan Şəmkir rayon sakini Babək Yusifov saxlanılıb. Onun ovladığı 30-dan çox daban (karas) və sıf balığı, qayıq və digər avadanlıqlar maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1067 manat miqdarında zərər vurması müəyyən edilib. B. Yusifov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər