Bölgə xəbərləri

Gəncədə hava ilə əlaqədar aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib

11 yanvar / 11:04 1 dəq
16733555482385118051 1000x669
11 yanvar / 11:04
Burada sizin reklamınız ola bilər

Gəncə şəhər ərazisində müşahidə edilən qarlı və yağıntılı hava şəraiti ilə bağlı şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə dünən səhər saatlarından başlayaraq yolların, eləcədə piyada səkilərinin qardan təmizlənməsi işləri aparılıb.

“Qərb Xəbər” bildirir ki, qurumun anbarlarına tədarük olunan qum və duzdan istifadə olunmaqla şəhərin bütün yolları və piyada səkiləri buzdan operativ şəkildə təmizlənib. Qarlı və şaxtalı havanın hökm sürməsinə baxmayaraq görülən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilib.

Hava şəraitinin gecə saatlarına doğru şaxtalı olması və yolların buz bağlaması nəzərə alınaraq Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin müxtəlif təyinatlı yeni texnikaları növbəlilik əsasında yollara qum-duz qarışığı səpirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər