Dünya

NATO-nun Baş katibi: “Ukraynada uzunmüddətli müharibəyə hazır olmalıyıq”

10 yanvar / 16:38 1 dəq
1fdc3eb4 4a67 3639 bc27 df1895c6cc5c
10 yanvar / 16:38
Burada sizin reklamınız ola bilər

“Ukraynada uzunmüddətli müharibəyə hazır olmaq lazımdır”.

“Qərb Xəbər” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin öz məqsədlərindən əl çəkdiyini göstərən heç bir əlamət yoxdur.

Baş katib xatırladıb ki, müttəfiqlər Rusiyanı qiymətləndirməlidir: “Onlar səfərbər olmağa davam edir, əlavə avadanlıq və texnologiya əldə etmək üzərində işləyirlər”.

Y.Stoltenberq vurğulayıb ki, Ukraynaya dəstək verdiklərinə görə müttəfiqlərin hərbi ehtiyatları tükənib.

Baş katib eyni zamanda dünya ölkələrini Ukraynaya dəstəyi davam etdriməyə çağırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər