Şəmkirdə küçələr təmir olunur
Şəmkirdə Cahangir Rüstəmov məktəbinin yerləşdiyi H.Cavid küçəsinə səki salınır.
“Qərb Xəbər” bildirir ki, hazırda Şəmkir şəhərinin bir neçə küçəsində genişmiqyaslı abadlıq-quruculuq işləri görülür, problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.
Yol infrastrukturunun inkişafına yönəlmiş planlı işlər çərçivəsində şəhərin Təbriz Əsgərov, Cəlil Məmmədquluzadə, Füzuli Hüseynov küçələrinə və Elpərəst Hüseynov küçəsinin bir hissəsinə yeni asfalt örtüyü vuruldu.
Görülən işlər çərçivəsində həmin küçələrdə kipləşdirmə işləri aparılaraq asfalt örtük döşəndi.





