Şəmkirdə ər arvadına kəsici alətlə xəsarətlər yetirdi
Şəmkirdə 39 yaşlı qadına əri tərəfindən xəsarətlər yetirilib.
“Qərb Xəbər” bildirir ki, rayon sakini, 1984-cü il təvəllüdlü A.Babayevanı həyat yoldaşı ailədaxili münasibətlər zəminində döyüb, daha sonra qol nahiyəsindən kəsici alətlə xəsarətlər yetirib.
Qadın yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo.az
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı