Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Medal qazanan güləşçilər mükafatlandırılıb

21 iyun / 16:53 2 dəq
9f1defe0 2681 432c a85e 82c13aaffe3e
21 iyun / 16:53
Burada sizin reklamınız ola bilər

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi Namiq Əliyev İspaniyanın Pontevedra şəhərindəlki gənclər arasında Avropa çempionatında medal qazanan güləşçilərlə görüşüb.

Federasiyanın saytının məlumatına görə, medal qazanan güləşçilərə pul mükafatları verilib. AGF rəhbəri bildirib ki, bir müddət federasiyada problemlər yaşansa da, yenidən toparlanaraq ayağa qalxıblar.

O, deyib ki, federasiya hər zaman əlindən gələni edir: “Sözsüz ki, prezident İlham Əliyevin dəstəyinin böyük rolu var. Bunun da nəticəsində iş gedir. Federasiya yumruq kimi birlik nümayiş etdirməlidir. Güləşçilər də onlara yaradılan şərait müqabilində bacarıqlarını göstərməli, üzərlərində maksimum dərəcədə işləməlidirlər. İnsan çalışmaqla hər şeyə nail ola bilər. Yığmada heç kimin yeri təmin olunmayıb. Heç kim zəmanət verə bilməz ki, burada əyləşən gənclərdən kimsə gələn il Tokio Olimpiadasında iştirak etməyəcək. Toğrul Əsgərov Olimpiya Oyunlarına yollananda cəmi 19 yaşı vardı. Səhvlərinizi təhlil edib, onları aradan qaldırmalısınız. Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına 1,5 ay qalıb. Mundiala daha yaxşı hazırlaşmaq lazımdır. Ümid edirəm ki, Avropa çempionatında gümüş və bürünc medal qazananlar dünya çempionatında daha yaxşı nəticələrə imza atacaq. Hamınıza uğurlar arzulayıram”.

Xatırladaq ki, gənclərin Avropa çempionatında sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) ilə Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş və İslam Abuyev (125 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Əsgər Əlizadə (60 kq) gümüş, Zaur Əliyev (55 kq) isə bürünc medala sahib olub.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı