Bölgə xəbərləri

Kərim Vəliyev Komando hərbi hissəsində olub

29 dekabr / 12:59 3 dəq
63ad4ec9a45b663ad4ec9a45b7167230228163ad4ec9a45b463ad4ec9a45b5
29 dekabr / 12:59
Burada sizin reklamınız ola bilər

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə birliyin idarə heyəti ilə görüşən Baş Qərargah rəisi müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti üzrə şəxsi heyətə çatdırıb. Şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib.

Sonra döyüş mövqelərində növbətçilik aparan heyətlə görüşən general-polkovnik K.Vəliyev onun döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Daha sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb.

 

General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə tapşırıqlar verib.

Şəxsi heyətlə görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Orduda aparılan islahatlar çərçivəsində əldə olunmuş nailiyyətlərdən danışan Baş Qərargah rəisi həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanlarının xeyli artdığını qeyd edib.

Müdafiə nazirinin birinci müavini şəxsi heyətin taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin keyfiyyətinin daha da artırılması, həmçinin qazanılan döyüş təcrübəsinin növbəti ildə keçiriləcək təlimlərdə də geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Şəxsi heyətlə birlikdə nahar etdikdən sonra Baş Qərargah rəisi hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və Müdafiə Nazirliyinin rəhbərliyi adından onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

63ad4ec9cb1e663ad4ec9cb1e7167230228163ad4ec9cb1e463ad4ec9cb1e5 63ad4ec9b1d2863ad4ec9b1d29167230228163ad4ec9b1d2563ad4ec9b1d27 63ad4ec9abd1663ad4ec9abd17167230228163ad4ec9abd1463ad4ec9abd15 63ad4ec9a45b663ad4ec9a45b7167230228163ad4ec9a45b463ad4ec9a45b5 63ad4ec9b890863ad4ec9b8909167230228163ad4ec9b890663ad4ec9b8907

Paylaş
Burada sizin reklamınız ola bilər