Lələkənd əməliyyatından 29 il ötür
Hərbi əməliyyatların aparılması zamanı ən uğurlu nəticələr kəşfiyyat məlumatlarının dəqiqliyindən asılıdır. 90-cı illərdə nizami ordu formalaşmadığı üçün, kortəbii əməliyyatlar bir çox hallarda uğursuzluqla nəticələnir, hər əməliyyat sonunda xeyli itkilərimiz olurdu. Ermənilərin təkcə Qarabağda deyil, dövlət sərhədləri boyunca da apardıqları təxribat xarakterli əməliyyatların qarşısının alınması üçün, xeyli işlər görülürdü.
Təəssüf doğuran haldır ki, bu cür əməliyyatların bəzən məxfi saxlanılmaması düşmənin xeyrinə işləyirdi. Həmin əməliyyatlardan biri də 1992-ci ilin dekabrın 29-da Qazax rayonu istiqamətində Ermənistanın İcevan rayonunun Lələkənd kəndinə edilən əməliyyat olub. Həmin əməliyyat zamanı ordumuzun 32 əsgəri qəhrəmanlıqla şəhid olub.
Ordu.az



