Bölgə xəbərləri

Qazaxdan Naxçıvana yeni təyinat

27 dekabr / 23:17 1 dəq
Dsx
27 dekabr / 23:17
Burada sizin reklamınız ola bilər

Dövlət Sərhəd Xidmətində (DSX) daha iki yüksək vəzifə üzrə kadr dəyişikliyi olub.

“Qərb Xəbər” “Qafqazinfo”ya istinadən bildirir ki, kadr islahatları çərçivəsində DSX-nin rəis müavini, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub. O, qurumun mərkəzi aparatında idarə rəisi təyin olunub.

Digər əmrlə N.Tağıyevin yerinə polkovnik Bəhmən Babayev təyin olunub. B.Babayev bu təyinata qədər DSX-nin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində çalışıb.

Paylaş
Burada sizin reklamınız ola bilər