25 yaşlı oğlan dəm qazından zəhərləndi
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
“Qərb Xəbər”-ın APA-ya istinadla xəbərinə görə, hadisə şəhərin Depo qəsəbəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əli Kərimov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Ə.Kərimov yaşadığı evdə dəm qazından zəhərlənib.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı