Şəmkirdə ev yanıb
Şəmkir şəhərində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən 3 ailəyə məxsus evlərdən sahəsi 50 m² olan 3 otaqlı evin 2 otağının tavanı və qismən 40 m² sahədə ev əşyaları yanıb.
“Qərb Xəbər” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı