Bölgə xəbərləri

Qaranlığa qərq olan Ukraynanın peykdən görüntüsü yayımlandı

19 dekabr / 11:12 1 dəq
Snapshot 2022 12 17T00 00 00Z
19 dekabr / 11:12
Burada sizin reklamınız ola bilər

Sosial şəbəkələrdə Rusiyanın raket zərbələrindən sonra işıqsız qalan Ukraynanın peykdən çəkilən şəkli paylaşılıb.

Qərb Xəbərin məlumatına görə, görüntüləri ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) yayımlayıb.

 

Kadrlarda qonşu ölkələrin şəhərlərinin və infrastrukturunun parlaq işıqlarının əhatəsində qaranlığa qərq olmuş Ukrayna xüsusilə seçilir.

Qeyd edək ki, dekabrın 16-da Rusiya ordusu Ukraynanın müxtəlif sənaye komplekslərinə, həmçinin onları təmin edən enerji obyektlərinə yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə kütləvi zərbələr endirib. Nəticədə ölkə boyu elektrik enerjisinin verilişində problemlər yaranıb. NASA-nın nümayiş etdirdiyi kadrlar dekabrın 17-nə aiddir.

Xatırladaq ki, ABŞ-nin kosmik agentliyi noyabrın 24-də də Ukraynanın tam olaraq qaranlığa büründüyü barədə peykdən çəkilən fotolar yayımlamışdı.

Paylaş
Burada sizin reklamınız ola bilər