Bölgə xəbərləri

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

17 dekabr / 23:37 1 dəq
Qəzaee
17 dekabr / 23:37
Burada sizin reklamınız ola bilər

Şəmkirdə sükan arxasında halı pisləşən sürücü qəza törədib, xəsarət alanlar var.

“Qərb Xəbər” bildirir ki, Şəmkir rayon sakini, 1957-ci il təvəllüdlü F.Əhmədov nəqliyyat vasitəsini idarə edən zaman qəflətən halı pisləşib. Nəticədə avtomobil idarəetmədən çıxaraq başqa avtomobilə çırpılıb.

Qəza nəticəsində F.Əhmədov və digər avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü M.Quliyev xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı