Ər-Riyaddan Zəngilana ilk uçuş həyata keçirilir
Sabah Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz əl-Falehin başçılıq etdiyi nümayəndə heyəti Zəngilana səfər edəcək.
“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, Ər-Riyaddan qonaqları gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına enəcək.
Səfər çərçivəsində Səudiyyə Ərəbistanı rəsmiləri Zəngilan rayonunun Ağalı kəndində yaradılmış “Ağıllı kənd”ə baş çəkəcək, işğaldan azad edilmiş ərazilərdə görülən işlər ərəb nazirə təqdim ediləcək




