Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketi qüvvəyə minib

17 dekabr / 11:02 2 dəq
Ab rusya getty 1573572
17 dekabr / 11:02
Burada sizin reklamınız ola bilər

Avropa İttifaqının Rusiyaya qarşı 9-cu sanksiyalar paketi qüvvəyə minib.

 “Qərb Xəbər”xəbər verir ki, siyahıda “Rossiya 1” kanalının aparıcısı Boris Korçevnikov, məşhur teleaparıcı Marina Kim, müğənni Qriqori Leps, tərcüməçi, publisist Dmitri Puçkov və ssenarist, aktyor, RSFSR xalq artisti , Xarici dildə ən yaxşı filmə görə “Oskar” mükafatı laureatı Nikita Mixalkov yer alıb.

Eyni zamanda Çeçenistanın rəhbəri Ramzan Kadırovun qızları Aişat və Karinaya da məhdudiyyətlər qoyulub.

Bundan əlavə, Avropa İttifaqı “Moskva Kredit Bankı”, “Ümumrusiya Regional İnkişaf Bankı”, “Uzaq Şərq Bankı” daxil olmaqla “Vahid Rusiya”, “Liberal Demokrat Partiyası”, “Kommunist Partiyası”, “Ədalətli Rusiya” və “Yeni İnsanlar” partiyalarına qarşı sanksiyalar tətbiq edib.

Rusiya Federasiyasının Baş nazirin müavinləri Tatyana Qolikova, Viktoriya Abramçenko, Aleksey Overçuk, ədliyyə naziri Konstantin Çuyçenko, mədəniyyət naziri Olqa Lyubimova, təbii sərvətlər naziri Aleksandr Kozlov, elm və ali təhsil naziri Valeri Falkov, fövqəladə hallar naziri Aleksandr Kurenkov, əmək naziri Anton Kotyakov, bir neçə qubernator və konstitusiya məhkəməsinin 20 üzvü, həmçinin Rusiya Dövlət Dumasının 40 deputatının adı da “qara siyahı”ya düşüb.

Rusiyanın Silahlı Qüvvələri və onların bütün növləri, həmçinin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti (“Roskomnadzor”) sanksiyalar siyahısına daxil edib.

Qeyd edək ki, ümumilikdə sanksiya siyahısına 1 386 şəxs və 171 təşkilat daxil edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı