Gədəbəydə 23 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Gədəbəy rayonunda gənc qadın dəm qazından boğularaq dünyasını dəyişib.
“Qərb Xəbər””Report”a istinadən xəbər verir ki, hadisə rayonun Köhnəkənd kəndində qeydə alınıb.
Kənd sakini 1999-cu il təvəllüdlü R.Şadmanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.




