Vasif Talıbov Bakıya çağırılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.
“Qərb Xəbər” bildirir ki, bu barədə ”AzPolitika”ya MR-dəki etibarlı mənbə məlumat verib.
V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki “fırtına” ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla əlaqədar qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.




