Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketini açıqlayıb

8 dekabr / 08:54 2 dəq
77feadb3 1ba8 335a 973e dbc3e3f127eb
8 dekabr / 08:54
Burada sizin reklamınız ola bilər

Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmununu açıqlayıb.

“Qərb Xəbər””Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanat yayıb.

Lyayenin sözlərinə görə, paketdə əsas anti-Rusiya sanksiyaları var.

İlk olaraq sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib. Onların arasında Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və hərbi sənaye müəssisələri, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar, siyasi partiyalar və s. var.

Rusiya Regional İnkişaf Bankının əməliyyatlarına tam qadağa da daxil olmaqla, əlavə üç banka qarşı sanksiyalar tətbiq edilib, xüsusilə ikili təyinatlı mallara yeni ixrac nəzarəti və məhdudiyyətlər var. Buraya əsas kimyəvi maddələr, elektronika və texnologiya komponentləri daxildir.

Daha sonra Yəni, dron mühərriklərinin birbaşa Rusiyaya ixracına və bu ölkəyə pilotsuz təyyarələr verə biləcək hər hansı üçüncü ölkələrə, məsələn, İrana ixracına qadağa qoyulacaq.

Avropa Rusiya təbliğatının yayılması üçün bütün telekanalların yayımına qadağa qoyulub.

Rusiyanın energetika və mədənçıxarma sektorlarına qarşı əlavə iqtisadi tədbirlər, o cümlədən dağ-mədən sənayesinə yeni investisiyaların qoyulmasına qadağa tətbiq olunub.

Bundan əlavə, paketə bu həftə qüvvəyə minən Rusiya neftinin idxalına Avropa İttıfaqının ümumi qadağası, həmçinin “Böyük Yeddilik” (G7) tərəfindən razılaşdırılmış qlobal neft qiymətləri həddi əlavə olunur.

Xatırladaq ki, dekabrın 5-dən etibarən Avropa İttifaqı tərəfindən Rusiyadan neftin qiymətinə məhdudiyyətlər qüvvəyə minib. Onları G7 ölkələri və Avstraliya dəstəkləyib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı