Ağstafa

Ağstafada Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı iclas keçirilib

1 dekabr / 10:53 2 dəq
D28136d0ee49f61f727aa67245bbd63a
1 dekabr / 10:53
Burada sizin reklamınız ola bilər

Ağstafada Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclas qərarına müvafiq  olaraq təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədilə dəyirmi masa  keçirilib.

“Qərb Xəbər” bildirir ki, tədbir Rayon Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirdə yerli komissiyanın sədri, Ağstafa RİH başçısının 1-ci müavini Müşfiq Hüseynov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul əməkdaşı Vasif Quliyev, eləcə də yerli komissiyanın üzvləri iştirak ediblər.

Tədbirdə müvafiq dövr ərzində  qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar görülmüş işlərə dair hesabatlar dinlənilmiş, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlığını təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərinin görülməsi və bu sahədə fəaliyyət göstərən qurumların qarşılıqlı əməkdaşlığı ilə koordinasiya işlərinin təşkil edilməsi istiqamətində müzakirələr aparılmış lazımi metodiki tövsiyələr və  köməkliklər göstərilmişdir.

 

Paylaş
Burada sizin reklamınız ola bilər