Bölgə xəbərləri

Şəmkirdə gənclərə sosial şəbəkələrdən düzgün istifadə qaydaları haqqında məlumat verilib

28 noyabr / 15:09 1 dəq
1669622540651956363 1000x669
28 noyabr / 15:09
Burada sizin reklamınız ola bilər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Şəmkir nümayəndəliyinin gəncləri “Rəqəmsal gənclik” layihəsi çərçivəsində təlimdə iştirak ediblər.

“Qərb Xəbər” bildirir ki, Şəmkir GİKM-dən verilən məlumata görə, təlim çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fəridə Fətullayeva gənclərə “Sosial şəbəkə nədir?”, “Sosial şəbəkələrin istifadə məqsədləri” və “Sosial şəbəkələrdən düzgün istifadə qaydaları” mövzularında məlumat verib.

Sonda gənclərin sualları cavablandırılıb

Paylaş
Burada sizin reklamınız ola bilər