Siyasət

Atəşkəs yenə pozulub

16 iyun / 11:02 1 dəq
93b2c193 8d5f 4177 922a 58fd337be785
16 iyun / 11:02
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələri atəşkəsi 22 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Acarlı, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər