Sergey Lavrov İrəvanda səfərdədir
Noyabrın 22-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanın paytaxtı İrəvana ikigünlük səfəri başlayıb.
“Qərb Xəbər” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin xarici işlər, müdafiə nazirləri və qurumun Təhlükəsizlik Şurası katibliyinin noyabrın 23-də İrəvanda keçiriləcək birgə iclasında iştirak edəcək.
Xatırladaq ki, noyabrın 23-də Ermənistanda KTMT-yə üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. İclasa Rusiya Prezidenti Valdimir Putin də qatılacaq. Onun səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək görüşü də nəzərdə tutulub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı