Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Regionlarda yerləşən idman kompleksləri turizm obyekti kimi də fəaliyyət göstərə bilər

16 noyabr / 17:29 2 dəq
146265ed 8a3b 3565 977f 2a0de4b7121a
16 noyabr / 17:29
Burada sizin reklamınız ola bilər

Azərbaycanın regionlarda yerləşən idman kompleksləri, burada mövcud olan hotel, kotec, hostel tipli obyeklər və yaradılan infrastruktur turizm obyekti kimi də fəaliyyət göstərə bilər.

Bu məsələlər gənclər və idman naziri Fərid Qayıbovla Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov arasında keçirilən görüşdə müzakirə olunub.

Görüşdə turizm sahəsində əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri də əss müzakirə mövzusu olub.

Tədbirdə çıxış edən F. Qayıbov nazirliyin tabeliyində olan şimal, cənub, şərq və qərb regionlarında fəaliyyət göstərən idman kompleksləri, burada mövcud olan hotel, kotec, hostel tipli obyeklər və yaradılan infrastruktur haqqında məlumat verib. Nazir regionlardakı bir sıra komplekslərin ərazisində mövcud olan yerləşdirmə obyeklərində təmir-bərpa və infrastruktur işlərinin aparıldığını da qeyd edib.

Müzakirələr zamanı G. Qəhrəmanov Assosiasiyanın fəaliyyəti haqqında məlumat verərək qurumun dövlət-özəl sektor arasında qarşılıqlı işbirliyinin qurulmasında və tərəfdaşlıq əlaqələrinin artırılmasında maraqlı olduğunu bildirib.

Assosiasiya sədri regionlarda yerləşən komplekslərin turistlərin yerləşdirilməsi baxımından potensialını yüksək qiymətləndirərək bu istiqamətdə birgə fəaliyyətin regional turizmin inkişafına töhvə verəcəyini qeyd edib.

Görüş çərçivəsində tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, kommunikasiya əlaqələrinin genişləndirilməsi, ölkədə keçirilən beynəlxalq idman tədbirlərinin təşkilində birgə əməkdaşlıq, təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı