Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Gürcüstan baş naziri: “Gələcəyimiz Avropa İttifaqındadır”

15 noyabr / 20:34 2 dəq
C9cb67f6d5c057732a2aad4a9467aaea
15 noyabr / 20:34
Burada sizin reklamınız ola bilər

“Dinc, sabit və inkişaf dövrünün olması xalqımızın milli maraqlarına uyğundur – Bizim gələcəyimiz Avropa İttifaqındadır”.

“Qərb Xəbər” “24News.ge”yə istinadən xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili, Tbilisidə Avrokomisar Oliver Varheylə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Baş nazirin sözlərinə görə, pandemiya nəticəsində yaranan çətinliklərə baxmayaraq, Gürcüstan bütün istiqamətlərdə irəliləyiş əldə edib: “Ölkəmizin iqtisadiyyatı pandemiyadan sonra çox tez bərpa olundu. Biz keçən il çox düzgün, əsaslı və səmərəli addımlar atdıq. Keçən il biz ikirəqəmli iqtisadi artım əldə etdik. Çətin şərtlərə baxmayaraq, ölkəmizdə bu il yenə ikirəqəmli iqtisadi artım var. Cəmi doqquz ayda 100 mindən çox iş yeri açılıb. Siz özünüz görəcəksiniz ki, bizdə bütün istiqamətlərdə irəliləyiş var, istər turizm, istər iqtisadiyyat, istər ixracat, istərsə də bütün sənaye və biznes sektoru aktivləşib”.

Onun sözlərinə görə, ölkədə sülhün və sabitliyin qorunması böyük əhəmiyyət kəsb edir: “Müstəqilliyimizi bərpa etdikdən sonra, Gürcüstanda davamlı sülh və sabitlik hökm sürür ki, bu da istisna haldır. Biz bunu ağlabatan siyasətimizlə, eyni zamanda, hakimiyyətə gələndən bəri prinsiplərimizlə həyata keçirmişik. Dinc, sabit və inkişaf dövrünün olması xalqımızın və ölkəmizin milli mənafeyinə uyğundur.

Bizim gələcəyimiz Avropa İttifaqındadır, biz buna inanırıq və buna birlikdə nail olacağıq”,- deyə baş nazir çıxışında vurğulayıb. Avropa İttifaqının Gürcüstanla bağlı 12 bəndlik tövsiyyələr paketinə gəldikdə isə baş nazir hökumətin bununla bağlı lazımi addımlar atdığını, lakin prosesdə müxalifətin iştirak etmədiyini vurğulayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı