Rusiya Ordusu bu il fevralın 24-dən sonra Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edəcək.
Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.
Məsələni “Qərb Xəbər”ə dəyərləndirən politoloq Oktay Qasımov bildirib ki, bu zərbələr nəticəsində xeyli zəyifləmiş və zərbələr almış rus ordusunun geri çəkilməsidir:
“Etibarlı mənbələrin verdiyi məlumata görə bu çəkilmə Ukrayna ordusunun iki aydır davam edən və sistemli zərbələr nəticəsində xeyli zəyifləmiş və logistika baxımından zərbələr almış rus ordusunun geri çəkilməsi kimi qəbul edilir. Çünki, Xerson şəhərinin Dnepr çayının sol sahilində əlaqələndirən körpülər Urayna tərəfindən zərblərə məruz qalıb. Bunun üçün də Xersonda yerləşən ordunun təminatını həyata keçirmək çətinləşib. Bu baxımdan ən ciddi ehtimal Ukrayna ordusunun təzyiqləri nəticəsində təxminən 15-20 min arasında dəyişən Rusiyanın elit qüvvələrinin mühasirəyə düşmə ehtimalı olduğuna görə ordu geri çəkilib. Digər tərəfdən isə belə bir ehtimal var ki, Rusiya ordusu geri çəkilərkən orada müəyyən tələlər qurub. Ona görə də Ukrayna ordusu tələsmədən və ciddi itkilər vermədən irəliləməyə üstünlük verir. Biz bunu dünən axşam Zelenskinin çıxışında da gördük”.
Politoloq əlavə edib ki, savaşın bu qədər uzanmasına səbəb Rusiyanın böyük hərbi potensialı, nüvə başlıqlarına sahib olmağı və Ukraynadan insan resuruslarına görə güclü olmasıdır.
“Düşünməyək ki, Rusiyanı qısa müddətdə məğlub etmək mümkün olacadır. Bu çox doğru yanaşma deyil. Ukrayna hal-hazırda dünyanın əksər ölkələri tərəfindən dəstəklənir və ona hərbi yardımlar edilir. Amma, bütün hallarda hər iki tərəfin qısa müddətdə məğlub edilməsi hələki üfiqdə görünmür. O baxımdan da savaş uzanmaqdadır. Bu savaşa böyük resurslar cəlb olunur və qüvvələrin birinin digərinin üzərində hər hansı bir üstünlüyü yoxdur. Üstəlik geniş bir ərazini əhatə edir və savaş təmas xətti davam edir. Bu baxımdan da savaş təmas xəttinin uzanacağı gözlənilən idi və digər tərəfdən Ukrayna savaşı böyük geopolitik savaş kimi dəyərləndirilir. Bu savaşda tərəflərin arxasında duran qüvvələrə də diqqət etmək lazımdır.
Ukraynanın arxasında bütün Qərb bölgəsi və demokratik dünya durur və müdafiyə edir. Rusiyanın yanında da Qərbə qarşı olan dövlətlər, yəni İran kimi dövlətlər dayanmaqdadır. Məhz onların son dövrlər silah-sursat və puaların nəticəsində savaşda ləngimə və stabillik yarandı”.
“Sentyabrn əvvəlindən Ukrayna ordusu çox surətli şəkildə Xarkov vilayətinin işğal olunmuş hissələrini azad etdi. İranın verdiyi puallar və raketlər Rusiya ordusuna əks tərəfin hücumlarını ləngitməyə imkan verdi. Həmin dronlar vasitəsilə Ukraynanın mülki obyektlərinin, elektirik təhcizatının, su təhcizatının və digər hər hansı əhəmiyyət daşıyan mülki obyektlərin vurulması savaşda ləngiməyə gətirib çıxardı” – deyə Oktay Qasımov vurğulayıb.
Aysel Civişova