Bölgə xəbərləri

Tovuzda yerləşən “N” saylı hərbi hissədə Zəfər Günü qeyd olunub

10 noyabr / 11:12 1 dəq
9524c28b0a4b80a5c5d0807799bf5cbb
10 noyabr / 11:12
Burada sizin reklamınız ola bilər

Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“Qərb Xəbər” məlumat verir ki, tədbirdə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov hərbi hissənin komandiri və şəxsi heyəti iştirak edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunmuşdur.

Çıxışlardan sonra hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi olub və xidmətdə fərqlənən bir qrup hərbçiyə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim edilib.

Daha sonra hərbçilərimiz xüsusi döyüş və döyüş hazırlıq nümunələri nümayiş etdirmişlər.

Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin konsert proqramı ilə davam etmişdir.

Paylaş
Burada sizin reklamınız ola bilər