Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İranla sərhəddə gecə təlimləri – Video

4 noyabr / 10:12 2 dəq
6364ac0306e986364ac0306e9916675420196364ac0306e966364ac0306e97
4 noyabr / 10:12
Burada sizin reklamınız ola bilər

Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib.
“Qərb Xəbər” bildirir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin ssenarisinə uyğun olaraq xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər.
Xüsusi təyinatlılar tərəfindən aşkar edilmiş sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Düşmən arxasında qarşılaşa biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib
Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı