Ağstafada 41 yaşlı kişini avtomobil vurub
Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
“Qərb Xəbər”in məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
1981-ci il doğumlu Ağstafa rayonunun Yuxarı Göycəli kənd sakini Məmmədov Rasim Kərəm oğlunu yolu keçərkən maşın vurub. Piyada ağır bədən xəsarətləri alıb.
Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı