Bölgə xəbərləri

“Rusiya Qərbin təşəbbüsü ilə əldə edilən razılaşmaları arxa plana keçirmək istəyir” – Rəy

27 oktyabr / 17:35 2 dəq
Indir 2022 10 27T175102.995
27 oktyabr / 17:35
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məsələni “Qərb Xəbər”ə dəyərləndirən siyasi analitik Asif Nərimanlı Aleksey Overçukunun məhz indi Bakıya səfər etməsini 31 oktyabrda planlaşdırılan görüş ilə bağlı olduğunu bildirib.

“Soçi görüşündə Rusiya tərəfi Qərbin təşəbbüsü ilə əldə edilən razılaşmaları arxa plana keçirmək istəyir. Yenidən öz planlarını önə çəkməyi planlaşdırırlar. Soçi görüşünə müəyyən bir gündəlik hazırlanır. Bura komminikasiyaların açılması və sərhədlərin deliminitasiya məsələləri daxildir. O cümlədən sülh müqaviləsi ilə bağlı məsələlərə yenidən baxılacaq. Böyük ehtimalla bəyannamə qəbul ediləcək. Aleksey Overçukunun səfəri isə bu gündəliyin hazırlanması ilə əlaqədardır”.

“Bu məsələlərin hazırlanmasında Aleksey Overçuku  əsas adamdır. Bu səfər yalnız Bakıya deyil, İrəvana da olacaq. Nikol Paşınyanla da görüşəcək. Bu səfər Soçi görüşü ilə bağlı məlumatlandırma xarakteri daşıyır” – deyə siyasi analitik vurğulatıb.

Rahib İsgəndərli

Paylaş
Burada sizin reklamınız ola bilər