Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Polis Akademiyasının əməkdaşları Qazaxda şagirdlər ilə görüşüblər

24 oktyabr / 10:40 2 dəq
C17254dde99a023e3a9003e70ecf0ed4
24 oktyabr / 10:40
Burada sizin reklamınız ola bilər

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının əməkdaşları IX-XI sinif şagirdləri ilə görüşüblər.

“Qərb Xəbər” məlumat verir ki, növbəti tədbir oktyabrın 21-də Qazaxda keçirilib.

Tədbir Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov akademiyanın üstünlüklərindən danışıb. Burada təhsil alan tələbələrə oxuduğu müddətdə hər cür qayğı göstərildiyini, bütün xərclərin dövlət tərəfindən həyata keçirildiyini, ali təhsil almaq istəyən gənclərə geniş imkanlar açıldığını diqqətə çatdırıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev isə növbəti qəbulda Qazax-Tovuz Regional Təhsil İdarəsini əhatə edən bölgələrdən Polis Akademiyasını seçən gənclərin üstünlük təşkil edəcəyinə, qəbulun sayının artacağına ümid etdiyini qeyd edib.

Sonda tədbir iştirakçılarına Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Akdemiyada gənclərin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar, idman və atıcılıq yerləri, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlər diqqətə çatdırılıb. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı