Bölgə xəbərləri

Rusiyanın Ukraynaya raket zərbələrindən sonra buğdanın qiyməti artıb

10 oktyabr / 17:52 1 dəq
Images (27)
10 oktyabr / 17:52
Burada sizin reklamınız ola bilər

Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə raket zərbələrindən sonra Çikaqo birjasında buğdanın qiyməti 4,4 % artıb.

“Qərb Xəbər” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Çikaqo birjasında buğdanın dekabr fyuçersləri buşel üçün 9,18 ABŞ dollarına yüksəlib.

Geosiyasi vəziyyətin gərginləşməsi investorları Ukraynadan buğda ixracı perspektivləri ilə bağlı şübhələrə sövq etdiyi üçün buğdanın qiyməti artıb.

“Bloomberg” xəbər verib ki, Ukrayna məhsullarının tədarükü ilə bağlı problemlər yaranıb. Buna səbəb İstanbuldan yola düşəcək, yoxlanılması üçün gözləyən gəmilərin sayının artmasıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər