Siyasət

Atəşkəs hər gün pozulur

11 iyun / 10:59 1 dəq
0bdc1709 55ab 43bc 9cd9 e70c44e73b6e
11 iyun / 10:59
Burada sizin reklamınız ola bilər

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Paylaş
Burada sizin reklamınız ola bilər