Bölgə xəbərləri

Daha tez şarj olunan smartfonlar

4 oktyabr / 12:21 1 dəq
633bdc03b14bc633bdc03b14bd1664867331633bdc03b14ba633bdc03b14bb
4 oktyabr / 12:21
Burada sizin reklamınız ola bilər

Telefonların sürətli enerji yığması üçün yeni texnologiya təklif olunub.

“Qərb Xəbər” KİV-ə istinadən xəbər verir ki, bu yeni texnologiya gələn il nümayiş olunacaq. Onun smartfonun şarjını 10 dəqiqə ərzində tam doldurması gözlənilir.

Onu da qeyd etmək lazımdır ki, artıq kifayət qədər tez doldurulan smartfonlar var. Məsələn, iyul ayında satışa çıxarılan “Vivo iQOO 10 Pro” adlı telefon 200 Vt ultra-sürətli doldurma cihazı ilə təchiz olunub. 4700 mAh batareya cəmi 10 dəqiqəyə tam doldurulur.

Oktyabr ayının sonlarında satışa çıxarılacaq “Xiaomi Redmi Note 12 Pro+” smartfonunun 210 vatt gücündə batareyaya sahib olacağı haqqında da məlumat yayılıb.

Mütəxəssislər bildirir ki, gələn il satışa çıxarılacaq telefonlar daha sürətli doldurulacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər